Şəmkirdə qadın dəm qazından zəhərlənib

Şəmkirdə qadın dəm qazından zəhərlənib.

SİA-nın məlumatına görə, hadisə rayonun Könülü kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Cəfərova Fərqanə Elxan qızı yaşadığı evin vanna otağında zəhərlənib. Qadın dərhal ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib.

Bildirilib ki, xəstənin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...