Kürdəmir sakini külli miqdarda heroin daşıyarkən yaxalandı FOTO

Narkotik averi ilə məşğul olan Kürdəmir rayon sakini Ağdaş rayonu ərazisində yaxalanıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Ağdaş rayon ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon Atakişili kənd sakini Fuad Zeynalovun üzərindən təmiz çəkisi 773 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində F. Zeynalovun Kürdəmir rayon Atakişili kəndindəki fərdi yaşayış evinə keçirilən baxış zamanı, qonaq otağındakı soyuducunun içərisindən 2 kiloqram 742 qram narkotik vasitə olan heroin və 345 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə