Qarabağ kanalında 14 yaşlı yeniyetmə batıb

Qarabağ kanalında 14 yaşlı yeniyetmə batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə 4 avqust 2026-cı il tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

SİA xəbər verir ki, nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə