Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə idarənin irihəcmli texnikaları tərəfindən zəruri tədbirlər davam etdirilir.
Bu barədə SİA-ya ADSEA-dan məlumat verilib. Bildirilib ki, hazırda Talaçayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və Yolayrıc kəndləri ərazilərində sahilbərkitmə işləri həyata keçirilir. Bununla yanaşı, Muxaxçayda Yuxarı Çardaxlar, Mamrux, Zəyəm, Çobankol və Suvagil kəndləri ərazilərində, Katexçayın sol sahilində Paşan kəndi ərazisində, həmçinin Bəkməzçayda Car və Axaxdərə kəndləri ərazilərində daşqın riski yüksək olan zonalarda məcratəmizləmə və sahilbərkitmə tədbirləri davam etdirilir. Görülən işlərin əsas məqsədi yaşayış məntəqələrinin, kənd təsərrüfatı sahələrinin və mühəndis-kommunikasiya infrastrukturlarının sel və daşqın sularının yaratdığı təhlükələrdən qorunmasını təmin etməkdir.
Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində əkin sahələrinin suvarılması, sel və daşqınlara qarşı mübarizə tədbirləri ilə yanaşı əhalinin keyfiyyətli içməli su təchizatını da həyata keçirir. Bu istiqamətdə də hazırda şəhər ərazisində mütəmadi işlər aparılır. İçməli suyun verilişində fasilələrin yaranmaması üçün baş verən qəzalar operativ şəkildə aradan qaldırılır. Bununla yanaşı son vaxtlar yağan intensiv yağışlar nəticəsində çaylara gələn sel suları içməli su mənbəsində də fəsadlar yaradıb ki, artıq bu fəsadların aradan qaldırılması istiqamətində də xeyli işlər görülüb.
Qeyd edək ki, iyul ayının əvvəllərində şimal-qərb bölgəsində leysan xarakterli güclü yağışlar yağıb. Nəticədə dağ çaylarından sel keçib. Ətraf əraziləri sel sularından mühafizə etmək üçün ADSEA tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, çaylara ağır texnikalar yönləndirilib. Hazırda rayondan axan bütün dağ çayları nəzarətdə saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB