Aprel döyüşçüsü Mehman Hacıyev ürəktutmadan qəfil vəfat edib

Aprel döyüşçüsü Mehman Hacıyev ürəktutmadan qəfil vəfat edib

Dövlət Sərhəd Xidmətinin təqaüddə olan polkovniki, Aprel döyüşlərinin iştirakçısı, Repressiya Muzeyinin rəisi Mehman Həbib oğlu Hacıyev 52 yaşında qəfil vəfat edib.

SİA-nın məlumatına görə, Mehman Hacıyev ürəktutması nəticəsində dünyasını dəyişib.

Mehman Hacıyev uzun illər Dövlət Sərhəd Xidmətində şərəflə xidmət göstərib. O, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından biri olub və Vətən qarşısındakı xidmətləri ilə tanınıb. Təqaüdə çıxdıqdan sonra Repressiya Muzeyinin rəisi kimi fəaliyyət göstərərək tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində çalışıb.

Qeyd edək ki, Mehman Həbib oğlu Hacıyev tanınmış yazıçı və jurnalist Sabir Şahtaxtının kiçik qardaşıdır.

Allah rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə