Bakıda bıçaqla qətlə törədildi

Bakıda bıçaqla qətlə törədildi

İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib. SİA-nın məlumatına görə, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib.

O.Yusubov aldığı xəsarətlərdən ölüb. Hadisəni törədib qaçan S.Camalovu polis əməkdaşları saxlayıblar. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə