Türkiyədən Azərbaycana gətirilən nektarin tingində virus aşkarlanıb.
Bu barədə SİA-ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentliyin müfəttişləri nəzarət tədbirləri çərçivəsində "Aqro-Mədrəsə" ASC-nin Türkiyədən idxal etdiyi 12 500 ədəd nektarin tingindən laborator müayinələrin aparılması üçün nümunələr götürüb.
Laboratoriyanın nəticələrində tinglərdə karantin tətbiq edilən Gavalının cibcibə virusu (Şarka) aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası sahibkarın müraciətinə əsasən məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB