Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin keçirilməsində məqsəd əhaliyə çimərliklərdə təhlükəsizilik qaydaları barədə müvafiq biliklərin aşılanması olub.
Nazirlikdən SİA-ya bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı, Sumqayıt, Cənub və Şimal regional mərkəzləri tərəfindən müvafiq olaraq Bakı şəhəri və Abşeron yarımadası, Sumqayıt şəhəri, Astara və Xaçmaz rayonları ərazisində yerləşən çimərliklərdə sularda təhlükəsizlik qaydalarına dair silsilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək bu qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, xilasedicilərin çağırış və tələblərinə, sanitar-gigiyena qaydalarına əməl olunması, uşaqların nəzarətsiz qoyulmaması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün görülməli olan zəruri tədbirlər barədə tövsiyələr verilib, maarifləndirici çap materialları paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə


USD
EUR
GBP
RUB