Cəbrayılın bir neçə kəndində açıq sahədə yanğın başlayıb

Cəbrayılın bir neçə kəndində açıq sahədə yanğın başlayıb

İşğaldan azad edilən Cəbrayıl rayonu ərazisində açıq sahədə yanğın hadisəsi başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Hasanlı, Maşanlı və Alıkeyxalı kəndləri ərazisində müşahidə edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə