Bakıda anasının pullarını və qızıllarını oğurlayan qız saxlanılıb

Bakıda anasının pullarını və qızıllarını oğurlayan qız saxlanılıb

Suraxanı rayonu ərazisində qadının evindən 29 min manat pul vəsaiti və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. SİA-nın məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməlin zərərçəkənin 25 yaşlı qızı tərəfindən törədildiyi müəyyən olunub.

O, ifadəsində sosial şəbəkələrdə tanış olduğu bir nəfərin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək pul tələb etdiyini və evdən oğurladığı maddi vəsaitləri həmin şəxsə verdiyini bildirib. Qeyd edilən əməli törətməkdə şübhəli bilinən O. Bağırov da polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə