Paytaxtın mərkəzində yol qəzası baş verib - FOTOLAR

Paytaxtın mərkəzində yol qəzası baş verib - FOTOLAR

Bakının Üzeyir Hacıbəyov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, qəzada Toyota Corolla Fielder markalı, 77-DE-508 dövlət qeydiyyat nişanlı avtomobil ilə Aito markalı, 90-UR-090 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində qısa müddətli sıxlıq yaranıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə