Lerikdə avtomobil dərəyə aşıb, 4 nəfər xəsarət alıb

Lerikdə avtomobil dərəyə aşıb, 4 nəfər xəsarət alıb

Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Lənkəran–Lerik magistral avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı hündürlükdən dərəyə aşıb. Dərəyə yuvarlanan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində sürücü Elnur Qurbanlı, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, onların 5 yaşlı övladı və 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə