Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq

Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq

Sabah Cəlilabad rayonunun üç kəndinin qaz təchizatında fasilələr yaranacaq.

Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad rayonunun Muğan, Maşlıq və Söyüdlü kəndlərinin ​qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə