Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi “Qəza-xilasetmə əməliyyatlarının aparılması” mövzusunda təlim keçirib.
Bu barədə SİA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlim zamanı Bakı Regional Mərkəzinin xilasedicilərinin şərti olaraq axtarış-xilasetmə tədbirlərində iştirak etmək üçün hazırlıq vəziyyətinə gətirilməsi, şərti hadisə yerindəki vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, “zərərçəkmişlərin” xilas edilməsi, ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib. Təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.
Təlimin keçirilməsində məqsəd şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi, baş verə biləcək fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB