Şahbuzda hərbi sursat aşkarlanıb

Şahbuzda hərbi sursat aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Şahbuz rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun əməkdaşları hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd “RPQ-7” tipli tankəleyhinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyənləşib.

Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə