Qubada 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Qubada 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Quba rayonunda 74 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə iyunun 10-da axşam saatlarında rayonun Cağacuq kəndində baş verib. Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə dəmir borunu kəsərkən laqunda ehtiyatsızlıqdan əlindən çıxaraq ayağını doğrayıb.

O, ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən kəskin qan itirməsi nəticəsində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə