Ağdamda tanışına qoşulub qaçan məktəbli qız ailəsinə qaytarılıb

Ağdamda tanışına qoşulub qaçan məktəbli qız ailəsinə qaytarılıb

Ağdamda 10-cu sinif şagirdi Bərdə sakininə qoşulub qaçıb. Hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Müşfiq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbin şagirdi L.S.M. tanışı olan Bərdə rayon sakininə qoşularaq qaçıb. Qeyd olunur ki, L.M. hadisədən cəmi 3 gün əvvəl 15 yaşını tamamlayaraq 16 yaşa qədəm qoyub.

Artıq polis Bərdə sakininə qoşulub qaçan yetkinlik yaşına çatmayan qızın yerini müəyyən edərək ailəsinə qaytarıb.

Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional Qrupundan bildirilib ki, onun yeri Bərdə rayonunda müəyyən edilib. O, polis orqanına gətirilərək ailəsinə təhvil verilib. Araşdırmalar aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə