Kürdəmirdə 15 yaşlı oğlanın meyiti tapıldı

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. Mətbuatda yer alan məlumata əsasən,15 yaşlı oğlan vəfat edib. Hadisə iyunun 1-i saat 15 radələrində Kürdəmir şəhərində baş verib.

2011-ci il təvəllüdlü şəhər sakini Osman Səbuhi oğlu Allahverdiyevin meyitini yaxınları evin həyətindəki yardımçı təsərrüfatda aşkar ediblər. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə