5 yaşlı körpə su anbarına düşüb ölüb...

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov ehtiyatsızlıqdan su anbarına düşüb. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə