Bakıda "avtoşluq" edən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Şevrolet Neksia" markalı 77 PZ 188 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nurlan Mamedzadə saxlanılıb. Belə ki, sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü N.Mamedzadə inzibati qaydada həbs edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə