Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotiki dövriyyədən çıxarıb.
Bu barədə SİA-ya DİN-dən məlumat verilib.
Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcədə Masallı rayonunda baş tutan tədbirlərlə əvvəllər məhkum olunan Əliağa Nağıyev, Cavid Ağasıyev, Mikayıl Xudaşov və Hikmət Hüseynov saxlanılıblar. Onlardan 40 kiloqram tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB