57 yaşlı sürücü ürəktutmadan sükan arxasında ölüb

Lənkəranda bədbəxt hadisə baş verib. Belə ki, sürücü sükan arxasında həyatını itirib. Belə ki, 57 yaşlı Lənkəran şəhər sakini Vüqar Nağırov idarə etdiyi avtomobillə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutmadan vəfat edib. Nəticədə nəzarətdən çıxan nəqliyyat vasitəsi yol kənarında yerləşən obyektə çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə