Nabran yolunun sel nəticəsində dağılan hissəsində təmirə başlanılıb

Xaçmazın turizm bölgəsində sel sularının sıradan çıxardığı yolun təmirinə başlanılıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, aprel-mart aylarında leysan yağışları nəticəsində yaranan sel suları rayonun İstisu qəsəbəsi ərazisində yolu keçilməz vəziyyətə salmışdı. Həmin vaxtdan Nabran istiqamətində alternativ yollardan istifadə edilirdi.

Mayın 21-dən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 60-cı kilometrliyindəki qəzalı vəziyyətin aradan qaldırılması üçün işlərə başlanılıb. Əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub.

Hazırda yolun dağılan hissəsində yeni suötürücü borular quraşdırılır. Təmir-bərpa işlərinin iyun ayının əvvələrində başa çatdırlması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə