Əvvəlcə arvadını və qayınanasını, sonra da özünü öldürdü - DƏHŞƏTLİ QƏTL

Goranboyda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Veyisli kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Rövşən Məmmədov qayınanası və həyat yoldaşını amansızlıqla qətlə yetirib.

İlkin məlumata görə, tərəflər məhkəmədən - boşanma prosesindən qayıdırmış. Hadisənin baş verdiyi ərazidə (Veyisli kəndi) R.Məmmədov öncə avtomobillə qayınanası Natella Duyenka (1972) və həyat yoldaşı Sevinc Məmmədovanın (2003) olduğu avtomobili vurub. Sonra maşınla N.Duyenkanın üzərindən keçib, ardınca S.Məmmədovanı qətlə yetirib. Daha sonra isə boş sahəyə gedərək özünü öldürüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə