Bakıda qadının əməliyyatdan sonra ölməsi ilə bağlı araşdırma aparılır

Bakının Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital"da əməliyyatdan üç gün sonra 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, əməliyyat fevralın 10-da olub.

Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə