Bu ilin iyul ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 48 aptekdə yoxlama həyata keçirib. SİA xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Bildirilib ki, yoxlamalardan 21-i Bakıda, 27-si isə digər şəhər və rayonlarda yerləşən apteklərdə aparılıb. Yoxlamaların 10-u planlı, 37-si plandankənar, biri isə yoxlamadan kənar təftiş xarakterli olub.
Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə