Anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm

Anasını qətlə yetirməkdə təqsirləndirilən Sadiq Beybudlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 12 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Yardımlı rayon sakini, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə 40 yaşlı anası Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirməkdə, sonra boynunu sındıraraq öldürməkdə ittiham olunub.

Həmçinin o, anasının tanışı, 39 yaşlı Elvin Allahverdiyevə taxta parçası ilə xəsarət yetirməkdə təqsirləndirilib.

Sadiq Beybudlu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Bütün xəbərlər Facebook səhifəmizdə