Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. SİA xəbər verir ki, ümumi çəkisi 4100 kiloqram olan 15261 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə