Nəzarət tədbirləri çərçivəsində "Frozen Products" MMC-nin Rusiyadan idxal etdiyi “Куриное Царство” müəssisəsinin istehsalı olan (30.03.2025 - 26.09.2025 istehsal və son istifadə tarixli) 1,3 ton dondurulmuş toyuq dərisi məhsulu partiyalarında parazitoloji müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq (sarkosporidiumlar) aşkar edilib. Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Rusiyanın müvafiq qurumuna ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə