Şıx çimərliyində iki nəfər batıb - YENİLƏNİB

Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb. SİA xəbər verir ki, axtarışlar nəticəsində dənizdə batmış 2008-ci il təvəllüdlü İlqar Vüqar oğlu Hacıyev və 2008-ci il təvəllüdlü Sabir Rizvan oğlu Qarayevin cəsədləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə