Şəkidə yük boşaldan maşın aşıb, bir nəfər ölüb

Axşam saatlarında Şəki şəhərində yük boşaldan avtomobilin aşması nəticəsində bir nəfər həyatını itirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yük dolu nəqliyyat vasitəsinin aşması nəticəsində avtomobildə olan 57 yaşlı Rizvan Cəlilovun ağır xəsarət alması barədə məlumat daxil olub. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım briqadası göndərilib. Lakin həkimlər hadisə yerinə çatana kimi ölüm faktı qeydə alınıb.

Hadisə yerində rayon hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin təhqiqat və müayinə aparıb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə