Zaqatala rayonunun Mazıx kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, kənd sakini İbrət Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən piyada, 38 yaşlı Mazıx kənd sakini Zurab Nuriyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata əsasən, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə