Masallıda avtomobil piyadanı vuraraq öldürüb. SİA-nın məlumatına görə hadisə Ələt-Astara magistralının Masallı rayonu ərazisində baş verib.
Belə ki, Lerik rayonunun Pirasora kənd sakini 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən piyadanı vurub.
Piyada hadisə yerində ölüb. Hazırda piyadanın kimliyi öyrənilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB