Lənkəranda 8 yaşlı uşağı maşın vurub - YENİLƏNİB

Bu gün saat 14:55 radələrində Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində 1 nəfər (qadın cinsli) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən SİA-ya bildirilib.

Qeyd olunub ki, yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə