Masallıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Xanmurad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. SİA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sərliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Xanmurad Hüseynov 17 il 6 ay müddətinə azadlqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən ilin may ayında Masallı rayonu Şıxlar kəndi ərazisində baş verib. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Xanmurad Hüseynov cinayəti Aslan Ağazadə ilə birlikdə törədib. Aslan Ağazadə Lənkəran Ağır Cinayətlər Məhkəməsində ittiham olunub. Məhkəmə istintaqı zamanı onun Seymur Alişanovu qətlə yetirilməsi anında anlaqsız vəziyyətdə olduğu sübüta yetirilib. Məhkəmənin qərarı ilə o, məcburi müalicəyə göndərilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilkdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə