Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə