Topdansatış mağazasında 500-dən çox saxta spirtli içki satışının qarşısı alınıb - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvanda topdansatış mağazasında yoxlama keçirib. SİA xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə