Xocavənddə əlində qumbara partlayan 23 yaşlı gəncin barmaqları amputasiya olunub - YENİLƏNİB
Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.
Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə