Tanınmış vəkil Adəm Məmmədov həbs edilib. SİA xəbər verir ki, bu barədə xüsusi ittihamçı Ceyhun Yusifovun vəkili Asim Abbasov məlumat verib.
Bildirilib ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.
Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə