Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda üç yaşayış evinin həyətindən ümumilikdə 20 baş qoyun oğurlayan şəxslər müəyyən olunub. SİA-nın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş 37 yaşlı Elmir Səmədov və 34 yaşlı Elgün Tağıyev müəyyən olunaraq saxlanılıblar.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB