Qazaxda 2 mərtəbəli evdə yanğın olub

Qazaxda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Əliağa Şıxlınski küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddiotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində bir otağın tavanı və dam örtüyünün taxta atmaları 50 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə