Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var

Naxçıvan şəhərində zəncirvari qəza olub. SİA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində baş verib. Yol kəsişməsində 75-BD-273 dövlət nömrə nişanlı "BMW" markalı avtomobil, 75-TA-498 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobil və 75-BE-462 dövlət nömrə nişanlı "Lada" markalı avtomobil toqquşub. Qəza zamanı Naxçıvan şəhər sakini, 1993-cü il təvəllüdlü Eyvazova Nurəngiz Vilayət qizi xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə