Bakıda qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında qar yağacaq

Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağıntıların intensivləşməsi gözlənilir

Yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturu düşəcək

Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.

Yollarda buzlanma təhlükəsi

Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə