Biləsuvar rayonundakı Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən şübhəli bilinən Fərrux Cahangirov və Gilənar Quliyeva saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilənlar barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB