Heydər Əliyev prospektində magistral su xəttində baş verən qəza aradan qaldırılıb

Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb. SİA xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib. O bildirib ki, təmir işlərinə dünən başlanılıb.

"Əməkdaşlarımızın yüksək peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olundu", - deyə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə