Lerikdə qeyri-sabit hava şəraiti qar uçqununa səbəb olub. SİA xəbər verir ki, cənub bölgəsinə yağan güclü qar yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Lənkəran-Lerik magistralı açıq olsa da, ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır.
Rayonun Lerik-Hamarat-Vijaker yolunda isə qar uçqunu baş verib, yaxın kəndlərə gediş-gəliş çətinləşib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, yolun qardan təmizlənməsi işlərinə başlanılıb.
Bölgədə günəşli hava müşahidə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB