Digər uçuşlar da ləğv olunub? - QURUMDAN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Bəs, bu digər uçuşlara təsir edibmi? Digər uçuşlar ləğv olunubmu? SİA mövzu ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-yə sorğu ünvanlayıb.

Qurumdan SİA-ya bildirilib ki, digər uçuşlar qrafik üzrə yerinə yetirilir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə