33 saylı Xətai birinci seçki dairəsinin nəticələri ləğv edildi

33 saylı Xətai birinci seçki dairəsi üzrə parlament seçkilərinin nəticələri ləğv edilib. SİA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasına qanun pozuntularının baş verdiyi barədə daxil olan müraciətdə həmin dairə üzrə seçkilərin nəticlərinin ləğv edilməsini xahiş edilib.

İclasda bildirilib ki, araşdırmalar nəticəsində həmin dairədə seçkilərin nəticələrinə təsir edəcək pozuntular baş verib və bu pozuntular seçkilərin nəticələrini ləğv etməyə hüquqi əsaslar yaradıb.

İclasda həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi təklif edilib. Təklif səsə qoyularaq qəbul olub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Hüseynbala Mirələmovdur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə