80 saylı İmişli-Beyleqan Seçki Dairəsində nəticələr ləğv olundu - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Şirinov Hikmət, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb. SİA-nın məlumatına görə, müraciətdə qeyd olunub ki, bəzi seçki məntəqələrində seçki bülletenləri əvvəlcədən kəsilib, barmaqlar rənglənməyib, müşahidəçilərin səsvermənin hesablanması prosesində iştirakına maneələr yaradılıb.

İclasda bildirilib ki, araşdırma zamanı məlum olub ki, 49 protokolun 11-də səsvermənin nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Qutudan çıxan bülletenlərin sayı ilə seçicilərin sayı uyğun gəlmir. Ekspert qrupu araşdırandan sonra belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız sayılsın. Təklif səsə qoyularaq qəbul edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə