Milli Məclisə seçkilərin ilkin nəticələri məlum olub

Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar 125 seçki dairəsi üzrə bütün seçki məntəqələrindən protokollar Mərkəzi Seçki Komissiyasına daxil olub. SİA-nın məlumatına görə, bu barədə MSK-nın saytında məlumat yerləşdirilib.

Beləliklə, 125 seçki dairəsi üzrə 5573 seçki məntəqəsindən daxil olmuş protokollar üzrə məlumatlar açıqlanıb və parlament seçkilərinin ilkin nəticələri, lider namizədlər məlum olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə